Türkiytənin Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı rəsmi bəyanat yayıb.
SİTAT.İNFO xəbər verir ki, qardaş ölkə işğal faktını pisləyib:
“Biz Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatı qəbuledilməz hesab edirik və onu rədd edirik.
Minsk razılaşmalarını pozmaqla yanaşı, bu hücum beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və regionumuzun və dünyanın təhlükəsizliyinə ciddi təhdid yaradır.
Ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməli olduğuna inanan Türkiyə sərhədlərin silahla dəyişdirilməsinin əleyhinədir.
Biz Rusiya Federasiyasını bu ədalətsiz və qanunsuz hərəkəti mümkün qədər tez dayandırmağa çağırırıq.
Biz Ukraynanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik”.
SİTAT.İNFO