Xarkovda insanlar qorxub metroya doluşdular: sığınacaq kimi istifadə edirlər

16:21 24 Fevral 2022

Ukraynanın paytaxtı Kiyev günə Rusiyanın hərbi hücumunun şoku ilə başladı.

SİTAT.İNFO xəbər verir ki, paytaxtda xeyli insan metrostansiyadan sığınacaq kimi istifadə edir.

Ölkənin şimalındakı Xarkov şəhərində atılan bombalardan qorxan vətəndaşlar metro stansiyalarına sığınıblar. Paytaxt Kiyevdə rus birliklərinin hücumlarından sonra meydana gələn dağıntılar nümayiş etdirilib.
Bir çox insan şəhəri tərk etmək üçün avtobuslara üz tutub.

BBC müxbiri Sarah Rainsford xəbər verir ki, ölkədə baş verənlərə heç kim inana bilmir: "İnsanlar bunu gözləyirdi, lakin heç kim bunun artıq baş verdiyinə inana bilmir".



Xəbər xətti