Ukrayna müdafiə naziri: “Hamı iş yerindədir, feyk xəbərlərə inanmayın”

19:02 24 Fevral 2022

"Ukrayna Müdafiə nazirliyi və Baş qərargahın əməkdaları öz iş yerlərindədir və vəzifələrin icra edirlər."

Musavat.com Ukrayna mediaısna istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov bəyan edib.

Onun sözlərinə görə, Rusiya işğalçıları Ukraynaınn dövlət məmurlarını iş yerlərindən qaçdıqları barədə yalan xəbərlər yayırlar. “Bu dezinformasiyadır. Bunu görməyəcəksiniz”, - deyə nazir bildirib.

“Təhlükəsizlik protokoluna görə, habelə təxirəsalınmaz iclasların keçirilməsi səbəbindən olduğumuz yeri tez-tez dəyişirik”, - deyə o, söyləyib.



Xəbər xətti