SON DƏQİQƏ! Rusiya oliqarxları gizlənməyə yer tapmayacaq, aktivlər dondurulacaq - Boris Conson yeni sanksiyaları açıqladı

21:27 24 Fevral 2022

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyaya qarşı 11 yeni sanksiya tətbiq ediləcəyini açıqlayıb.

SİTAT.İNFO-nun xəbərinə görə, Conson deyib ki, Rusiya oliqarxlarının gizlənəcək yerlərinin  qalmaması , sanksiyalardan yayına bilməmələri üçün Milli Cinayət Agentliyində yeni bölmə yaradılacaq. 

Conson, bütün Rusiya banklarının və Rostec-in aktivlərinin dondurulacağını, Rusiyanın sterlinqə çıxışının bloklanacağını, Putinin keçmiş kürəkəni Kirill Şamalov da daxil olmaqla bir çox rus oliqarx və elitasının sanksiyaya məruz qalacağını açıqlayıb.



Xəbər xətti