Rusiya tankı Türkiyə vətəndaşının yük maşınına çırpılıb

15:10 25 Fevral 2022

Rusiya hərbi tankları Ukraynaya daxil olarkən əvvəlcə Ukraynanın zirehli maşınına, daha sonra Türkiyə vətəndaşının istifadə etdiyi yük maşınına dəyib. Qorxulu anlar yaşayan Türkiyə vətəndaşı “Bomba səsinə oyandıq” deyib.
SİTAT.İNFO xəbər verir ki, Hatayda yaşayan TIR sürücüsü Yusuf Altınöz ixrac mallarını Ukraynaya gətirərkən qorxulu anlar yaşayıb. Ukrayna Gömrük Qapısı qarşısında TIR avtomobilində yatarkən bomba səslərinə oyanan TIR sürücüsü Altınöz rus hərbi tankının Ukraynanın zirehli maşınına, daha sonra isə öz yük maşınına çarpması ilə ayılıb.
Yük maşını sürücüsü Altınöz o anları  danışaraq, belə deyib: "İxrac mallarını çatdırmaq üçün Ukraynaya getdik. Gömrük məntəqəsi  qarşısında yatıb növbə  gözləyəndə bomba səslərinə oyandıq. Rusiyanın tankları Ukraynaya daxil olarkən arxamızdan Ukrayna tankını vuraraq onu yoldan çıxardılar. Həmin vaxt Rusiyanın tankı da bizim yük maşınına dəydi. Allaha şükür ki, heç nəyimiz yoxdur. Bizi buradan evakuasiya etmək istəyirlər".



Xəbər xətti