Vasif İsmayıl Qərbi qınadı və bu sözləri yazdı: "İşğalçı Rusiyanın  "müttəfiqinin" vətəndaşı olmaqdan da heç utanmıram"

15:16 25 Fevral 2022

"Rusiya artıq ikinci gündür aşkar şəkildə Ukraynanı bombalayır. Kiyev ətrafına Belarus ərazisindən desant birlikləri endirib, indi də Belarus tərəfdən sərhədi keçərək Kiyevi zəbt etməyə çalışırlar.

Anladığım qədəri ilə, Rusiya Ukraynada kukla hökumət yaradıb Qərbin bu hökuməti tanıması üzərindən danışıqlara gedəcək. Qərb adekvat cavab verə bilmir. 

Görünür, Ukraynanın bu 'şəkildə' ilhaqından sonra sıra Moldovaya gələcək. Daha sonra isə Baltikyanı ölkələr".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri tanınmış həkim Vasif İsmayıl yazıb. 

O üzünü Qərbə tutub, onların səssizliyini qınayıb. 

"Həəə, NATO deyirsiniz?! Bu gün Qərbin praktik fəaliyyətsizliyi Ukraynanın NATO üzvü olmadığından deyil, NATO-nun özünün 'dux'u olmadığı üçündür. Rusiya da bunu görüb, yaxşıca anlayıb və.... NATO-nun özünə də ilişəcək".

V.İsmayıl  vurğulayıb ki, Azərbaycanla Rusiya arasında imzalanmış müstəqillik bəyannaməsi mövcud vəziyyətə görə doğru addımdır: "Bu minvalla, Rusiya ilə müttəfiqlik deklarasiyasını tam dəstəkləyirəm və işğalçı Rusiyanın  "müttəfiqinin" vətəndaşı olmaqdan da heç utanmıram.

Biz azərbaycanlılar, dövlətimiz əvvəl olduğu kimi, Rusiya oyunbazlığı sonrasında da Ukrayna xalqının, onun azad şəkildə seçdiyi hökumətlərinin, dövlətinin yanında olacayıq!"



Xəbər xətti