“Kiyev yaxınlığında 200-dən çox hərbçi zərərsizləşdirilib”- Rusiya MN

17:30 25 Fevral 2022

“Rusiya Silahlı Qüvvələrinin desantları fevralın 24-ü Kiyev ətrafında yerləşən Qostomel aerodromunun ərazisində uğurlu eniş əməliyyatı həyata keçirib”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, əməliyyata Rusiyanın 200-dən çox helikopteri cəlb olunub.

Bildirilir ki, əməliyyat zamanı 200-dən çox ukraynalı hərbçi öldürülüb. Rusiya tərəfindən itki olmadığı qeyd olunub.



Xəbər xətti