Ukrayna Silahlı Qüvvələri silahı yerə qoysa, ünsiyyət mümkündür. Qaynarinfi Unian-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Putinin Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlara razılıq verəcəyi şərti açıqlayarkən deyib. Unian yazır ki, o, bu barədə fevralın 25-də terrorçu DXR və LXR-in "Xarici İşlər Nazirliyi”nin qondarma nümayəndələri ilə brifinq zamanı bildirib. "Bundan başqa, Lavrov Ukrayna ilə bağlı başqa riyakar fikirlər də səsləndirib. Xüsusilə, o, "heç kim Ukraynanı işğal etmək niyyətində deyil" deyə əmin edib. Rusiya Federasiyası hesab edir ki, prezident Vladimir Zelenski "Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olması barədə danışarkən yalan danışır", çünki o, "təhlükəsizliklə bağlı danışıqlar imkanını özü qaçırıb. Ukraynanın dinc şəhərlərinə ikinci gündür hücum edən işğalçı ölkənin nümayəndəsi bildirib ki, "Rusiya Federasiyası Ukrayna xalqının müstəqil, hakimiyyətinsə onun nümayəndəsi olmasında maraqlıdır”. Rusiyanın müharibə başlatmaqla guya "Ukraynanın demilitarizasiyasını təmin etmək” istəyir. Xarici işlər naziri onu da bildirib ki, Rusiya "müasir Ukraynanın bütün xalqlarının öz müqəddəratını azad şəkildə təyin edə bilməsini” istəyir”, - sayt qeyd edir.