Roma papası Ukrayna və Rusiya arasında vasitəçilik təklif edib

19:20 25 Fevral 2022

Roma papası Fransisk Rusiya – Ukrayna münaqişəsində vasitəçilik təşəbbüsünü irəli sürüb.

“Report” “Telam”-a istinadən xəbər verir ki, bu məsələni katolik kilsəsinin ruhani lideri Vatikanda Rusiya səfiri Aleksandr Avdeyevlə müzakirə edib.

Xarici KİV-ə görə, Roma papası səfirlə söhbət zamanı müharibədən dərin narahatlığını ifadə edərək qarşıdurmaya son qoymaq üçün dialoqa çağırış edib.



Xəbər xətti