Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı son rəqəmlər

10:52 26 Fevral 2022

Ukrayna müdafiə naziri müavini Anna Malyar Rusiya Silahlı Qüvvələrinin texnika itkilərini açıqlayıb.

Bu barədə Anna Malyar feysbukda yazıb.

O bildirib ki, fevralın 26-sı yerli vaxtla saat 06:00-a olan vəziyyətə görə, Rusiyanın 14 təyyarəsi, 8 helikopteri, 102 tankı, 536 zirehli döyüş transportyoru, 15 top, “Buk” ZRK, 17 avtomobil texnikası məhv edilib.

Eyni zamanda 3 500-dən çox rusiyalı hərbçi ölüb və demək olar, 200 nəfər əsir düşüb/

Bunu is' Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak açıqlayıb.



Xəbər xətti