Rusiya göydələnləri vurur: "Bu cinayətkarı dayandırın!"

11:09 26 Fevral 2022

Kiyevin ruslar tərəfindən raketlərlə vurulduğu bildirilir. Şahidlərin dediyinə görə, raketlər Kiyev hava limanı yaxınlığında düşüb.

Məlumata görə, Rusiya, mülki əhalinin yaşadığı çoxmərtəbəli binanı vurub. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın raketlə vurduğu binanın fotosunu Twitter hesabında paylaşaraq bu mesajı yazıb:

"Dünyadan tələb edirəm: "Rusiyanı tamamilə təcrid edin, səfirlərinizi geri çağırın, neft embarqosu tətbiq edin və iqtisadiyyatını məhv edin. Rusiya adlı hərbi cinayətkarlarını dayandırın".

Ukrayna paytaxtında şiddətli atışma və partlayış səsləri eşidildiyi bir vaxtda rus işğalçıları ilə Ukrayna əsgərləri arasında küçə toqquşmaları baş verir.

Associated Press (AP) xəbər agentliyi bu səhər Kiyev küçələrində yanmış hərbi yük maşınının fotolarını dünyaya yayıb.



Xəbər xətti