Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım Xocalı soyqırımı ilə əlaqədar paylaşım edib.
“Report” xəbər verir ki, siyasətçinin tviter səhifəsində qeyd olunub:
“Bəşəriyyətin qara günü: 26 fevral 1992-ci il. Xocalı qətliamında itirdiyimiz həyatlarımızı rəhmətlə anıram”.