Kiyevdən son xəbər: “Gecə şəhərin hər küçəsi uğrunda qızğın döyüşlər gedib” - VİDEO

11:23 26 Fevral 2022

“Gecə Kiyevdə şiddətli döyüşlər gedib”.

Bu barədə APA-nın Kiyevdəki müxbiri İdrak Camalbəyli məlumat verir.

O, Ukrayna Silahlı Qüvvələrinin Rusiya hərbçilərinə müqavimət göstərdiyini bildirib: “Kiyevin hər küçəsi uğrunda qızğın döyüşlər gedirdi. Təxminən 2 saat bundan əvvəl döyüşlər səngiyib. Hər hansı ərazi itkisi yoxdur. Nisbi sakitlikdir. Döyüşlər hər an başlaya bilər”.

Jurnalistin sözlərinə görə, yerli sakinlər hərbi komissarlıqlara üz tutur, əhaliyə silah paylanır.

O, Kiyevdə azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansı məlumatın olmadığını diqqətə çatdırıb.



Xəbər xətti