Dünya bu kadrdan danışır: Təkbaşına hərbi karvanın qarşısını kəsən ukraynalı

15:48 26 Fevral 2022

Rusiyanın Ukraynaya hücumunda qarşıdurmalar paytaxt küçələrinə qədər gəlib və bölgədə dünyanın heç vaxt unutmayacağı anlar yaşanır.

Ukraynandan paylaşılan daha bir videoda hərbi maşın karvanının , tankların qarşısında dayanan bir adam görünür. Nəqliyyat vasitələri yola davam etmək istəyərkən, kişi sağa-sola hərəkət edərək onların irəliləməsinin qarşısını almağa çalışır.

Sonra  maşınlardan biri keçmək üçün yoldan çıxır.

Jurnalist Henri Lenqston yazır ki, inanılmaz dərəcədə cəsur ukraynalı, Tiananmen meydanındakı “Naməlum üsyançı” kimi öz bədəni ilə nəqliyyat vasitələrinin qarşısını kəsərək Rusiya hərbi karvanını dayandırmağa çalışır. 1989-cu ildə Çin hökumətinin demokratiya tərəfdarı olan etirazlar vəhşicəsinə yatırmasından sonra çəkilən şəkil o vaxtdan avtoritar rejimə qarşı itaətsizlik simvoluna çevrilmişdi. Time jurnalı fotonu bütün zamanların ən təsirli 100 şəklindən biri adlandırmışdı. 

Həmin məşhur foto:



Xəbər xətti