Putinin yaxın silahdaşı olan Çeçenistan lideri Ramadan Kadırov hərbçilərinin Ukraynaya hücumda iştirak etdiyini təsdiqləyib. Ukraynaya məxsus hərbi obyekti ələ keçirdiklərini deyən Kadırov, rəhbərlik etdiyi hərbçilərdən heç bir itki vermədiyini deyib.
Moskvanın kuklası kimi xarakterizə edilən Kadırov Rusiya lideri Putinin qonşusunu işğal etməyə cəhd edərək düzgün qərar verdiyini də iddia edib.