Ukrayna tərəfi Qomeldə (Belarus) danışıqlara razı olub.
Bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib.
Hazırda onun başçılıq etdiyi nümayəndə heyəti yenidən görüş yerinə qayıdır.
Qeyd edək ki, Rusiya nümayəndələri bu gün saat 15:00-a (Bakı vaxtı ilə 16:00) qədər Qomeldə (Belarus) görüşlə bağlı razılığa gəlmək üçün Ukraynadan təsdiq gözləyəcəkdilər. Rusiya nümayəndə heyətinin Qomeldə Ukrayna ilə danışıqları gözləmək üçün elan etdiyi vaxt başa çatdı və Ukrayna tərəfi öncədən də dediyi kimi görüşə getmədi. Son anda razılıq verildikdən sonra isə tərəflər Qomeldə görüşəcək.