Xarkovda rusiyalı hərbçilər əsir götürülüb – FOTO

17:01 27 Fevral 2022

Xarkovda bir qrup rusiyalı hərbçi əsir götürülüb.

Onlar tam tükənmiş və ruhdan düşmüş vəziyyətdədirlər.

Bu barədə Xarkov hərbi-mülki administrasiyasının rəhbəri Oleq Sinequbov özünün “Telegram” səhifəsində bildirib.

O, qeyd edib ki, rusiyalı hərbçilərin öz mərkəzi komandanlıqlarıyla heç bir əlaqəsi yoxdur. Onların nə edəcəklərini bilmirlər.

“Ukraynaya hücum başlayandan onlara yemək və su verilmir, texnikalarının yanacaq ehtiyatı yoxdur. Rus döyüşçüləri mövqelərini tərk edərək dinc əhalinin arasında gizlənməyə çalışır, insanlardan paltar və yemək istəyirlər”, - deyə o bildirib.

Sinequbov Xarkov vilayətinin sakinlərini diqqətli olmağa, yad adamlara qapı açmamağa, rusiyalı hərbçilərə gizlənməyə kömək etməməyə çağırıb.



Xəbər xətti