Rusiyanın Ukraynaya hücumları səbəbindən yüz minlərlə dinc sakin qorxu və təşviş içində sərhəd məntəqələrinə üz tutub. Əli silah tutan mülki əhalinin bir hissəsi müqavimət hərəkatına qoşularaq, qarşıdurma xəttinə yönəlib.
Bölgədə komendant saatı tətbiq edilir, paytaxt Kiyev və Xarkov şəhərlərindən gərgin qarşıdurma gedir. Ukraynadan yayılan görüntülərdə Rusiyaya aid olduğu deyilən tankların vurulduğu, casus olduğu iddia edilən rusların əsir götürüldüyü görünür.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) Rusiyanın Ukraynaya hücumları nəticəsində indiyədək 64 mülki şəxsin həyatını itirdiyini, 240 mülki vətəndaşın isə yaralandığını açıqlayıb.
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiyanın mülki insanları hədəf almadığımız barədə bəyanatları yalandır.
Bölgədə müharibə davam edərkən yüz minlərlə dinc sakin sərhəd qapılarına doğru irəliləyib. Polşa ilə sərhədin uşaqlı ailələr istisna olmaqla, mülki şəxslər üçün bağlı olduğu bildirilib.
Bu gün Kiyevdə çəkilmiş bu kadr ev heyvanları ilə otelin yeraltı avtomobil parkına sığınan mülki şəxsə aiddir.
Bu fotoda hücumlar zamanı binalara da ziyan dəydiyi göstərilir.
Bu fotoda Ukrayna əsgərləri rus casusu olduğundan şübhələndikləri şəxsin gözlərini bağlayırlar.
Ukraynada ümumi səfərbərlik elan edildikdən və Zelenskinin hər kəsə silah veriləcəyi ilə bağlı açıqlamasından sonra insanlara silah və sursat paylandı.
Ukrayna hərbi qüvvələrinə yardım etmək üçün mülki şəxslər də işə cəlb edilib. Paytaxt Kiyevdə vətəndaş müqaviməti hərəkatının iştirakçıları küçələrə molotov kokteyli yığmağa başlayıblar.
Ukrayna daxili işlər nazirinin müşaviri Rusiya qoşunlarının bu gün Xarkova daxil olduğunu açıqlayıb. Agentliklərin dünən yayımladığı bu kadr rus tankının vurulduqdan sonrakı görüntüsüdür.
SİTAT.İNFO