Ruslar texnikanı qoyub qaçır, qrup halında təslim olurlar

12:48 28 Fevral 2022

Rusiyanın Ukraynaya işğalçı hücumu səbəbindən bir çox şəhərdə şiddətli toqquşmalar davam etsə də, vəziyyət daim dəyişir. Bu vəziyyətin dəyişməsində Ukrayna vətəndaşları da böyük rol oynayır.

Rus əsgərlərinin Ukraynanın ikinci böyük şəhəri Xarkova daxil olmasından sonra şəhərin küçələrində qarşıdurmaların davam edir. Sosial mediada paylaşılan bəzi videolarda rus əsgərlərinin şəhərdə olduğu görünür.

Xarkov hakimiyyəti xalqa sığınacaqlarda qalmaq və küçələrə çıxmamaq barədə xəbərdarlıq edib, Xarkov qubernatoru Oleq Sinegubov isə axşam saatlarında şəhərə nəzarətin Ukrayna qüvvələrinə qaytarıldığını bildirib.

Sinegubov, "Düşmən Ukrayna Ordusu, polis bölmələri və yerli hüquq-mühafizə orqanları tərəfindən tam təmizlənir. Rus işğalçıları texniki ləvazimatlarını yolun ortasında qoyub qaçaraq qrup halında təslim olurlar"-deyib. 



Xəbər xətti