"Rusiyanın hərbi qüvvələri Ukraynanın Sum vilayətinin Sumşina şəhərində neft məhsulları bazasını partladıb".
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Sum vilayəti dövlət administrasiyasının sədri Dmitri Jiviski bildirib.
Onun sözlərinə görə, neftbaza partladılıb: “Düşmən bütün texnikaları ilə şəhərə doğru irəliləyir. Küçə döyüşlərinin olacağı təhlükəsi var. Evdə qalıb pəncərədən uzaq durmaq məsləhətdir”.