Gürcüstanın paytaxtı Tiflisdən 60-a yaxın könüllü avtobusla Ukraynaya yola düşüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Könüllülərdən ibarət qrup Ukraynada hərbi və tibbi yardım göstərəcəklər.
Daha bir qrup Ukraynaya yollanmaq üçün Tiflis hava limanında gözləyir.