Rusiya helikopteri Yaponiyanın hava sərhədlərini pozub.
SİTAT.İNFO xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, hadisə Hokkaydo adasının şimalında baş verib.
Yaponiya Müdafiə Nazirliyi qeyd edib ki, Rusiya helikopterinin ölkənin hava məkanına soxulub.
Qeyd edilib ki, hadisə Kuril adalarının cənub hissəsinə yaxın ərazidə yerləşən Yaponiyanın şimalındakı Hokkaydo adasının Nemuro yarımadasının sahillərində dəniz üzərində olub.
Helikopterin qarşısını almaq üçün döyüş təyyarələrinin havaya qaldırıldığı qeyd edilir.
Yaponiya Xarici İşlər Nazirliyi diplomatik kanallar vasitəsilə Rusiya tərəfini bu cür hadisələrin təkrarlanmasının qarşısını almağa çağırıb, həmçinin insidentlə bağlı etirazını bildirib. Tokionun məlumatına görə, helikopterin Yaponiya hava məkanında qalması bir neçə saniyə çəkib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Ukraynada xüsusi əməliyyata başlaması fonunda Tokio elan etmişdi ki, Kuril adaları Rusiya tərəfindən işğal edilib. /teleqraf.com/