“Rusiya nümayəndə heyəti martın 2-də axşamüstü danışıqların yeni raundunun keçiriləcəyi yerə gedəcək və Ukrayna nümayəndələri ilə görüşə hazır olacaq”.
“Report” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə yenə də ölkə Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Lakin D.Peskov heyətə kimlərin daxil olduğunu açıqlamayıb.
Ukrayna Prezidentinin Ofisi də görüşün olacağını təsdiqləyib: "Bu gün axşam saatlarında Ukrayna və Rusiya arasında danışıqların növbəti mərhələsi keçiriləcək"