Ukraynada rus əsgər gördüyü mərhəmət qarşısında göz yaşlarını saxlaya bilmədi VİDEO

19:24 2 Mart 2022

Rusiyanın işğalçı hücumu layiqincə cavab verən Ukraynanın yerdə ordusu və mülki vətəndaşları, havada isə "Bayraktar"ları düşmənə göz açdırmır. Hər iki tərəf xeyli itki versə də, psixoloji üstünlük Ukrayna tərəfindədir.

Amma bununla belə yayılan bəzi görüntülər insanı heyrətə salır. Ukraynalıların mərd olduğu qədər də mərhəmətli olduğunu göstərən növbəti kadrlar sosial şəbəkələrdə paylaşılıb.

SİTAT.İNFO xəbər verir ki, mülki vətəndaşlar ac rus əsgərlərinə şirniyyatla çay verir, onları doyurur, daha sonra Rusiyadakı ailələri ilə əlaqə saxlayıb analarına övladlarının sağ olduğunu deyirlər. Bu insani davranış qarşısında əsgərlər göz yaşlarını saxlaya bilmirlər. 

 



Xəbər xətti