Ermənistan parlamenti yeni prezidenti seçə bilməyib

10:50 3 Mart 2022

Ermənistan parlamenti ölkənin yeni prezidentini seçə bilməyib.

APA-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasının yeganə namizədi, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan cəmi 69 səs toplayıb ki, bu da lazım olan minimum səs sayından (81) az olub.

Müxalif “Şərəfim var” və “Hayastan” fraksiyaları prezidentliyə namizədliyin müzakirəsini boykot ediblər.

Konstitusiyaya görə, prezident seçkilərinin ikinci və üçüncü turlarının keçirilməsi mümkündür və bu zaman seçilmək üçün müvafiq olaraq 65 və 54 səs lazımdır.

Parlamentin sədri Hakob Arşakyan səsvermənin ikinci turunun bu gün keçiriləcəyini bildirib.



Xəbər xətti