Lavrov: “Rusiyanın şərtləri minimaldır”

13:35 3 Mart 2022

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ətrafındakı böhranının həllinin tapılacağına əmindir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Lavrov bunu yerli və xarici media nümayəndələrinə müsahibəsində bildirib.

“Əminəm ki, Ukrayna ətrafındakı böhranın həlli tapılacaq. Rusiyanın şərtləri minimaldır”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Ukrayna ilə Rusiya arasında danışıqların keçiriləcəyini də xatırladıb.



Xəbər xətti