“Həm Rusiyanın müdafiə naziri Sergey Şoyqu, həm də ukraynalı həmkarım Oleksiy Reznikovla təmaslarımız davam edir. Bu təmaslar gələcəkdə də olacaq”.
Report xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Təmaslarımız zamanı diplomatiya yolunun tutulması, böhrana son qoyulması barədə fikir mübadiləsi aparırıq. Müsbət irəliləyişin olmasını arzu edirik”, - o bildirib.