“Hazırda ən həssas durum səmadadır”.
Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov feysbuk səhifəsində yazıb.
“Rusiya raket potensialından fəal istifadə edir. Təyyarələr şəhərləri, qəsəbələri, mülki infrastukturu bombalayır. Hazırda humanitar dəhlizlərin yaradılması üzərində iş gedir. Ümid edirik ki, humanitar dəhliz işə başlayacaq və biz mülki insanları çıxara biləcəyik", - o qeyd edib.
O.Reznikov həmçinin Ukrayna Silahlı Qüvvələrinin duruma nəzarət etdiyini bildirib: “Biz əks-hücuma keçmişik. Rusların əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəlib. Biz qarşı tərəfin hücum cəhdlərini dəf edirik. Rusların xeyli itkisi var. Onların mənəvi-psixoloji durumu çox aşağıdır”.(Report)