ABŞ-ın dövlət katibi: “Əminəm ki, Ukrayna bu müharibədə qalib gələcək”

11:30 5 Mart 2022

“Əminəm ki, Ukrayna bu müharibədə qalib gələcək”.

Report UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken BBC-yə müsahibəsində deyib.

“Əgər Moskva ölkədəki hakimiyyəti devirməyə çalışsa, Ukrayna xalqı buna qarşı çıxacaq. Müharibə artıq Putinin planlarına uyğun getmir. Ukrayna qoşunlarının güclü müqaviməti rusların 9 gün ərzində ölkə daxilində hərəkət etməsinə mane olub”, - o bildirib.

ABŞ-ın dövlət katibi hərbi əməliyyatlar tam dayandırılanadək rəsmi Vaşinqtonun Moskvaya təzyiqlərinin davam etdiriləcəyini vurğulayıb. 



Xəbər xətti