ABŞ dövlət katibi Entoni Blinken əmindir ki, Ukrayna Rusiya ilə qarşıdurmada qələbə çalacaq. Onun sözlərinə görə, Putin yəqin ki, ukraynalıların belə “qeyri-adi möhkəmliyini” gözləmirmiş.
Teleqraf.com xəbər verir ki, Blinken bu fikirlərini BBC-yə müsahibəsinə deyib.
Dövlət katibi əlavə edib ki, əgər Moskva hansısa yolla hökuməti devirmək və özünə sərf edən rejimi qurmaq niyyətində olsa, 45 milyon ukraynalı bundan imtina edəcək.
Blinkenin iddiasına görə, müharibə Putinin planlarına uyğun getməyib: “Ukrayna qoşunlarının güclü müqaviməti rusların 9 gün ərzində ölkə daxilində hərəkət etməsinə mane olub”.
ABŞ dövlət katibi hərbi əməliyyatlar tam dayandırılana qədər ABŞ-ın Rusiyaya təzyiqlərini davam etdirəcəyini təsdiqləyib.
Ukraynanın qalib gələcəyinə əmin olub-olmaması ilə bağlı suala o, belə cavab verib: “Əlbəttə ki, zamanla. Bunun nə qədər davam edəcəyini deyə bilmərəm”.