Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzvlük məsələsindən danışıb.
“Report” xəbər verir ki, o, bunun ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
“Bu zaman sazişə uyğun olaraq hərbi münaqişə baş verəcəyi təqdirdə Alyansın digər üzvləri onu dəstəkləməlidir. Beləliklə, Rusiya NATO ilə döyüşməli olacaq. Məncə, nəticə hər kəsə aydındır”, - o bildirib.