Ukrayna prezidenti Volodimir Zelenski bu gün müharibəyə etiraz etməkdən qorxan və küçələrə çıxmaq istəməyən Rusiya xalqının bütün bunları yoxsulluqla ödəyəcəyini söyləyib.
"Rusiya vətəndaşları! Sizin üçün bu, təkcə Ukraynada sülh uğrunda mübarizə deyil! Bu, həm də öz ölkəniz üçün mübarizədir. Gördüyünüz azadlıq, hiss etdiyiniz firavanlıq uğrunda bir savaşdır. Əgər indi sussanız, sonra sizlər üçün ancaq yoxsulluq danışacaq. Bütün bunlara isə yalnız repressiyalar cavab verəcəkdir. Susmayın”,-deyə o, bildirib.
Prezidentin sözlərinə görə ukraynalılar “artıq gələcəklərini geri qazanıblar, indi isə bu günləri üçün mübarizə aparır, sərhədin harada olacağı - həyat və köləlik arasında mücadilə edirlər.
Ukrayna lideri hazırda Rusiya vətəndaşlarının da eyni seçim-həyatla köləlik arasında qaldıqlaırnı vurğulayıb.