“Şəhərlərin və mülki əhalinin bombalanması Rusiya tərəfindən əvvəlcədən planlaşdırılıb. Bunu əsir düşən pilotların ifadələri, onlardan ələ keçirilən sənədlər, planları və xəritələr sübut edir”.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimri Zelenski xalqa növbəti müraciətində bu iddianı səsləndirib.
Onun sözlərinə görə Ukrayna əsgərləri tərəfindən əsir götürülən rus pilotları maraqlı məlumatlar veriblər.
Yüzlərlə və yüzlərlə əsir. Onların arasında şəhərlərimizi, dinc insanları bombalayan təyyarələrin pilotları da var. Onların ifadələri alınıb. Mühüm sənədələr, xəritələr götürülüb. Belə görünür ki, bütün bunar dünən hazırlanmayıb. Bu improvizasiya deyil. Onlar bu işğalı bax bu cür- qəddarcasına, rüsvaylıqla hazırlayıblar. Bütün bunların acısını Xarkov, Çerniqov, Mariupol, Suma çəkir. Lakin bu bizim insanlığımızı öldürməyəcək”,-deyə o, qeyd edib.