Kadırov Yaponiyanın ona sanksiya qoymasını ələ saldı

18:00 8 Mart 2022

Çeçenistanın rəhbəri Ramzan Kadırov Yaponiyanın ona qarşı sanksiyalar tətbiq etməsini məsxərəyə qoyub. AzVision.az xəbər verir ki, o, çoxəsrlik adət-ənənələrə malik bir ölkənin birdən-birə Avropa təsiri altına girməsindən danışıb.

"Yaponiya Rusiya vətəndaşlarına qarşı sanksiya tətbiq edib və onların arasında mən də varam. Mən dövlətlərin və onların avropalı əlaltılarının ucuz siyasətini yeni anlamağa başlamışam. Onlar sanksiyalar tətbiq edirlər və mənim mövcud olmayan bank hesablarımı dondururlar. Amma Yaponiya çoxəsrlik adət-ənənələrə və nəcib davranışlara malik ölkədir. Həmişə bütün dünyadan ayrı olan Yaponiya birdən-birə Avropanın altına düşdü", – Kadırov deyib.

Kadırov Ukraynada ölən çeçen döyüşçülərin sayını açıqladıO, zarafatyana deyib ki, maliyyə fəaliyyətinə qadağa qoyulmaqla yanaşı, indi ona "animator izləmək və albalı çiçəklərindən həzz almaq" qadağan edilib.

"Mən nindzaların sıralarına qoşulacam və bunu gizli edəcəm. Ax, indi nindza mümkün deyil..." - Çeçenistan rəhbəri sanksiyaya lağ edib.

Kadırov cavab tədbirləri də səsləndirib.

"Yaponiya rəhbərliyi iki yerdən, Braquni və Samaşki kəndlərindəki ruhi xəstəxanalar istisna olmaqla, çeçen torpağına ayaq basmamalıdırlar. Onların bütün əmlakına və bank hesablarına həbs qoyularaq satılacaq və vəsait Kuril adalarının inkişaf fonduna göndəriləcək. Amma ciddi desəm, bilirsiniz, heç bir ölkənin heç bir sanksiyasına əhəmiyyət vermirəm. Mən yalnız bir şeydən qorxuram - Uca Yaradanın sanksiyaları altına düşməkdən!" - Kadırov fikrini bu sözlərlə yekunlaşdırıb.



Xəbər xətti