Rusiya Ukrayna ilə sərhədə "İsgəndər" raketləri daşıyır - VİDEO

17:45 8 Mart 2022

Belarusda rus qoşunlarının “V” identifikasiya nişanlı yük maşınları karvanı Minskdən Qomelə doğru şosse ilə hərəkət edir.

 Minsk vaxtı ilə saat 13:16 radələrində görünən rubrikada təxminən on "KamAZ" markalı yük maşını görmək olar. Onların arxa tərəfində “İsgəndər” raket sistemi üçün iki qutu raket var.

"Onların Minskdən hərəkət etdiklərini nəzərə alsaq, qutuların boş olmadığını ehtimal etmək olar, bu isə o deməkdir ki, “İsgəndər” raket sistemi üçün ən azı 20 raket daşınır”, - məlumatda deyilir.

Qeyd olunur ki, Minsk vaxtı ilə saat 14:40-a olan məlumata görə, karvan Bobruisk və Jlobindən keçərək Qomelə doğru hərəkətini davam etdirir.



Xəbər xətti