“NATO şərq sərhədlərində mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb”.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Hazırda 130 təyyarə, yüksək qütb enliklərindən Aralıq dənizinə gedən 200-dən çox gəmi yüksək hazırlıq vəziyyətindədir”, - baş katib bildirib.
Onun sözlərinə görə, bölgədə əlavə olaraq minlərlə hərbçi yerləşdirilib.