Rusiya Xarici İşlər Nazirliyi (XİN) Antalya Diplomatiya Forumu çərçivəsində nazir Sergey Lavrovla ukraynalı həmkarı Dmitri Kulebanın görüşünü təsdiqləyib.
Report TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Kiyev də bunu təsdiqləyib.
Təşəbbüskar tərəfin Türkiyə olduğunu xatırladan Zaxarova bildirib ki, görüş martın 10-da baş tutacaq.
“Biz danışıqlara hazırıq, lakin görüşü qiymətləndirmək üçün tələsməyə dəyməz”, - M.Zaxarova əlavə edib.
S.Lavrovun Türkiyəyə səfəri bu gün, martın 9-da başlayacaq.