69-cu gün: Rusiyanın itkiləri açıqlandı

12:25 3 May 2022

Ukrayna müharibənin 69-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 24 200 hərbçi, 1062 ədəd tank, 2567 ədəd zirehli döyüş maşını, 475 ədəd artilleriya sistemi, 162 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 80 hava hücumundan müdafiə sistemi, 194 ədəd hərbi təyyarə, 155 ədəd helikopter, 1843 ədəd avtomobil texnikası, 10 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 291 ədəd PUA, 38 ədəd xüsusi texnika, 4 operativ-taktiki raket kompleksi, 84 qanadlı raket itirib.



Xəbər xətti