Almaniya hökuməti Bundesverin ehtiyatında olan 7 ədəd “Panzerhaubitze 2000” özüyeriyən haubitsalarını Ukraynaya göndərmək niyyətindədir.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Die Welt” nəşri mənbəyə istinadən yazıb.
Nəşr bildirib ki, hazırda Bundesverin balansında 119 ədəd “Panzerhaubitze 2000” haubitsaları var ki, onların da yalnız 40-ı döyüşə hazır vəziyyətdədir.
Qeyd edək ki, aprel ayında Almaniya müdafiə naziri Kristin Lambrext Ukraynaya “Hepard” zenit raket qurğularının göndəriləcəyini bəyan etmişdi.