Putin Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qarşı cavab tədbirləri görmək üçün yeni fərman imzalayıb.
“Ölkə.Az” tass-a istinadən xəbər verir ki, Putin hökumətə Rusiyanın cavab tədbrilərinin təsir dairəsinə düşən şəxslərin siyahısını müəyyənləşdirilməsi barədə tapşırıq verib.
Fərmana əsasən cavab tədbirləri təsir dairəsinə düşən xarici hüquqi və fiziki şəxslərlə hər hansı öhdəliklərin əməkdaşlıqı qadağan olunur. Sənədə əsasən Rusiyanın sanksiyaları altında olanlara xammal və digər məhsullar göndərilməsi də qadağan olunur.