Belarus orduda qəfil yoxlamalara başladı

10:09 4 May 2022

Belarus Silahlı Qüvvələrində reaksiya qüvvələrinin qəfil yoxlaması başlayıb.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi Teleqram kanalında məlumat yayılıb.

Yoxlanışın məqsədi şəxsi heyətin mümkün böhrana operativ reaksiya verməyə hazırlığını və qabiliyyətini qiymətləndirməkdir.

“Belə tədbirlər qoşun hazırlığının ən effektiv formalarından biridir, nə bütövlükdə Avropa ictimaiyyəti, nə də konkret olaraq qonşu ölkələr üçün heç bir təhlükə yaratmır. Əhəmiyyətli sayda hərbi texnikaların yerdəyişməsi planlaşdırılır. Bu da ictimai yollarda hərəkəti çətinləşdirə bilər”, - məlumatda qeyd olunub.



Xəbər xətti