“Avropa İttifaqı və Azərbaycan yeni saziş üzərində işləyir”

15:49 4 May 2022

“Ötən ildən başlayaraq Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq əlaqələri daha da güclənməyə başlayıb”.

Sitat.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko jurnalistlərlə görüşündə bildirib.

Səfir qeyd edib ki, ötən il bir sıra önəmli səfərlər qeydə alınıb: “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Aİ komissarı Oliver Varheli Bakıya səfər edib. Ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Şərq Tərəfdaşlığı sammitində iştirak edib. Biz Aİ və Azərbaycan arasında yeni saziş üzərində işləri davam etdiririk”.

Mixalko əlavə edib ki, Aİ ticarət və iqtisadiyyat baxımından önəmli tərəfdaşdır: “Aİ Azərbaycan məhsulları üçün əsas ixrac bazarı olaraq qalır. Hazırda Azərbaycandan ixrac olunan məhsulların 51%-i məhz Aİ bazarlarına ixrac olunur. Ticarət dövriyyəsinə dair göstəricilər demək olar ki, pandemiyadan əvvəlki dövrdə qeydə alınan göstəricilərə çatıb”.

\Qafqazinfo



Xəbər xətti