ABŞ müdafiə naziri Ukraynanın silahlandırılmasından danışdı: "Putin bunu təsəvvür belə etməzdi"

10:25 5 May 2022

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya göstərilən hərbi yardımlardan danışıb.

SİTAT.İNFO xəbər verir ki, o, bu barədə özünün tviter hesabında yazıb.

“Biz Ukraynaya rekord sürətlə təhlükəsizlik yardımı göstərmişik və bütün dünya döyüş meydanında baş verən fərqi görür. Putin heç vaxt təsəvvür etməzdi ki, dünya Ukraynanın arxasında bu qədər sürətlə və əminliklə toplanacaq” – Pentaqon rəhbəri qeyd edib. (Qafqaz.info)



Xəbər xətti