71-ci gün: Rusiya nələr itirib?

13:07 5 May 2022

Ukrayna müharibənin 71-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 24 700 hərbçi, 1092 ədəd tank, 2651 ədəd zirehli döyüş maşını, 499 ədəd artilleriya sistemi, 169 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 83 hava hücumundan müdafiə sistemi, 196 ədəd hərbi təyyarə, 155 ədəd helikopter, 1907 ədəd avtomobil texnikası, 10 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 312 ədəd PUA, 38 ədəd xüsusi texnika, 89 qanadlı raket itirib.



Xəbər xətti