Rusiya hərbi planını həyata keçirə bilmədi - Makkonvil

10:20 6 May 2022

Rusiya Ukraynada hərbi planını həyata keçirə bilmədi.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ ordusunun Quru Qoşunlarının Baş Qərargah rəisi, general Ceym Makkonvil deyib.

“Rusiyanın planı çox mürəkkəb idi. Belə bir plan yüksək təlim keçmiş və nizam-intizamlı əsgərlər tələb edir. Onların kifayət qədər təlim keçmiş əsgərləri yox idi. Ukraynalıların Rusiyanın sahib olduqları güc və qabiliyyət olmaya bilər, lakin ukraynalıların iradəsi var. Siz vahid komanda qurduğunuz zaman bu vacibdir. Bu, başqa yerlərdə gördüyümüzdən fərqlidir”, - o bildirib.



Xəbər xətti