Rus qoşunlarının əksəriyyəti Mariupoldan çıxaraq şimala doğru hərəkət edib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Pentaqon rəsmisi Con Kirbi deyib.
“Rus qoşunlarının yerləşmələri haqqında məlumatlarımız ideal deyil. Ümumilikdə qiymətləndirmələrimizə görə, rusların quru qoşunlarının əksəriyyəti Mariupoldan çıxıblar və şimala doğru irəliləyiblər. Mariupol və ətrafında sadəcə bir neçə batalyon qrupları qalıb”, - Kirbi bildirib.
Onun sözlərinə görə, rus qoşunlarının əksəriyyəti əsasən “Azovstal” zavodu ətrafında cəmləşiblər.