Luqansk vilayətində müdafiə qüvvələri rusların yaxın 3-4 gün ərzindəki güclü hücumuna hazırlaşır.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Yaxın 3-4 gün ərzində baş verə biləcək güclü hücuma hazırlaşırıq. Onlar Severodonetsk və Popasnayanı ələ keçirmək üçün bütün qüvvələrini toplayıblar. Popasnayada vəziyyət çoxdan ağırdır. Şəhər tamamilə dağılıb”, - Qayday bildirib.