Rus qoşunları Mariupoldakı “Azovstal” zavoduna hücumlarını iki gündür davam etdirir.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın “Azovstal”ı ələ keçirməkdə niyyəti 9 may Qələbə günü və Vladimir Putinin Ukraynada simvolik uğur əldə etmək istəyi ilə bağlıdır.
“Bu səylər Rusiyaya ciddi canlı qüvvə itkisi hesabına başa gəlir. Ukraynanın “Azovstal”dakı müqaviməti davam etdikcə, rusların itkiləri artacaq və Donbasın cənubundakı əməliyyat planları puç olacaq”, - məlumatda qeyd olunub.