Rusiya-Ukrayna müharibəsi davam etdikcə ABŞ və digər Qərb ölkələri Ukrayna ordusunu daha çox silahla təmin etməyə başlayıb. ABŞ-ın təqaüddə olan general-mayoru Maykl Repas CNN-ə müsahibəsində mövzu ilə bağlı danışarkən bir sıra maraqlı fikirlər səsləndirib.
"Rusiya mayın 9-na kimi “Azovstal”ı tutmağa çalışacaq"- Britaniya kəşfiyyatıOnun sözlərinə görə indiki silah təchizatı kifayət etmir.
Ukraynaya səfər etmiş Repas qeyd edib ki , ABŞ və NATO-nun hərbi yardımları hazırda qeyri-adekvat görünür. Eyni zamanda o, silahların bölmələrə peşəkar yox, şəxsi əsaslarla ötürüldüyünü vurğulayıb. Yüksək ranqlı məmurlar, rəhbərlik silah paylayır, lakin döyüş prioritetləri və tapşırıqları deyil, briqada komandirlərinin şəxsi istəkləri rəhbər tutulur. General-mayor onu da qeyd edib ki, Ukraynada hər şeyi yaxşı qurulmuş əlaqələr həll edir. Birləşmiş Ştatlar və NATO tədarüklərini tənzimləmək və onları daha səmərəli etmək üçün silah, sursat və yanacağın xərclənməsi ilə bağlı dəqiq məlumatlara ehtiyac duyur.