Baydendən Putinə 9 may "hədiyyə"si olacaq

13:26 7 May 2022

ABŞ prezidenti Co Bayden Ukrayna üçün "lend-liz" proqramını tətbiq etməyə icazə verən qanunu mayın 9-da təsdiq edəcək.

Sitat.info Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.

"Prezident həmin gün (mayın 9-da - red.) "Lend-liz və Ukraynada demokratiyanın qorunması haqqında" qanunu imzalayacaq", - C. Psaki bildirib.

Xatırladaq ki, "Lend-Liz" və Ukraynada Demokratiyanın Müdafiəsi qanun layihəsi keçən ay ABŞ Konqresinin hər iki palatası tərəfindən qəbul edilib. Prosedura görə, ABŞ prezidentinin sənədi aldıqdan sonra öz imzası ilə təsdiqləmək üçün 60 gün vaxtı var.



Xəbər xətti